İdman

"Yuventus" "Barselona"nın ulduzunu alır: danışıqlar başladı

15 Aprel 2014 16:06
2 Şərh     Baxış: 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İtaliyanın "Yuventus" futbol klubu "Barselona"nın hücumçusu Aleksis Sançesin transferi ilə bağlı danışıqlara başlayıb.

Bu barədə Trend "İnterfaks.ru" saytına istinadən xəbər yayıb.

İtaliya mətbuatı xəbər verir ki, Turin klubunun nümayəndələri 25 yaşlı çililinin agenti Fernando Feliçeviçlə oyunçunun mümkün keçidi ilə bağlı danışıqlara başlayıblar.

"Barselona"ya iki transfer pəncərəsi dövründə yeni oyunçuların qeydiyyatına qadağa qoyulub. Bu isə Sançesin "Yuve"yə keçidinə mane ola bilər, çünki kataloniyalılar futbolçunu əvəz edəcək oyunçu ala bilməyəcəklər.

Cari mövsümdə Sançes İspaniya çempionatında keçirdiyi 29 oyunda 17 qol vurub və 10 uğurlu ötürmə edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.