Lissabonda keçirilən Dünya Kubokunun mərhələ yarışında azərbaycanlı gimnastlar ikisi qızıl olmaqla, dörd medal qazanıblar. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Gimnastika Federasiyasından xəbər verilib.
Kubok çərçivəsində yeniyetmələrin turnirində 14 yaşlı bakılı idmançı Jalə Piriyeva üzərində Portuqaliya bayrağının rəmzi olan lentlə ən arzuolunan mükafatı qazanıb. Əvvəlcə o, halqa ilə çıxışı ən yüksək səviyyədə nümayiş etdirib və həftəsonu Portuqaliya paytaxtının bələdiyyə idman kompleksini dolduran Atlantik okeanın həm qərb, həm də şərq sahillərindən olan tamaşaçılar gimnastın ifasını böyük həyəcanla izləyiblər.
İkinci dəfə Azərbaycan himni lentlə tapşırığın yekunları üzrə mükafatlandırma zamanı səslənib. İkinci medalı qazandığına görə sevinən və ölkəsinə görə qürur duyan Jalə artıq iki aydan sonra Avropa çempionatının keçiriləcəyi Bakıdan səmimi salamlarını çatdırıb.
Marina Durundanın medal qazanmaq iddiaları dörd mümkün finaldan üçünə yol açıb. Ancaq onun üçün ən uğurlusu yalnız topla final oyunu olub və idmançı komandaya bürünc medalı gətirib. Hər iki final yarışında ölkənin qrup komandası da iştirak etsə də, qızlar orada yalnız 4-cü yerlə kifayətləniblər. Amma Səbinə Abbasova, Aliyə Paşayeva, Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayeva çoxnövçülük üzrə yarışda gümüş mükafatçı olublar və ispanlardan sonra ikinci yeri tutublar.
Azərbaycanlı gimnastların öz məharətlərini nümayiş etdirəcəkləri növbəti zal İtaliyanın idman kompleksi olacaq. Aprelin 11-13-də Pesaroda Dünya Kubokunun növbəti yarışları və yeniyetmələrin beynəlxalq turniri keçiriləcək.
Milli.Az
İdman
Azərbaycan gimnastları Lissabonda Dünya Kubokunun mərhələ yarışında iki qızıl medal qazanıblar
7 Aprel 2014 11:08
Baxış: 1 001
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər - VİDEO
- Millimiz autsayderlə üz-üzə
- “İranın əlində Amerika qanı var” - Harris
- Keçmiş həyat yoldaşı toya XANIMI İLƏ GƏLDİ - Afətin reaksiyası DİQQƏT ÇƏKDİ - FOTOlar
- Əgər övladınız oğlan gedib, qız qayıdırsa... - Tramp
- Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTOlar
- Rodrini həmyerlisi əvəz edə bilər
- Nüvə dövlətindən İsrailə xəbərdarlıq: Bu, təhdiddir!
- ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur
- Cokoviçdən çinli azarkeşlərə üzrxahlıq
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO
- Daha 16 ailə Şuşaya qayıdır - FOTOlar
- Obrazları özlərindən daha çox məşhurlaşan ulduzlar - FOTOlar
- "Nissan"ın yenilənmiş avtomobili təqdim edildi - FOTOlar