İdman

Droqba: "Tək ayaqla olsa da, "Fənərbağça"ya qarşı oynayacam"

6 Aprel 2014 15:14
0 Şərh     Baxış: 1 116
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çempionlar Liqasının 1/8 finalında "Çelsi" ilə qarşılaşmada zədələnən "Qalatasaray"ın futbolçusu Didye Droqba bu gün superliqada "Fənərbağça" ilə oyunda meydana çıxa bilər.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, klubun rəsmi saytına açıqlama verən təcrübəli hücumçu oyuna hazır olduğunu deyib:

"Ağrılarım qurtarıb. Tək ayaqla olsa da, "Fənərbağça"ya qarşı mütləq oynayacağam. Böyük oyunları sevirəm. "Fənərbağça"ya qol vurmaq istəyirəm. Yenidən azarkeşlərin qarşısına çıxmaq üçün səbirsizlənirəm".

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbağça" matçı bu gün yerli vaxtla 19:00-da (Bakı vaxtı ilə 21:00-da) başlayacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.