İdman

Güləşçilər quşların qəzəbinə tuş gəldilər

5 Aprel 2014 17:57
0 Şərh     Baxış: 1 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finlandiyada keçirilən Avropa Güləş Çempionatında məşqçilər etirazlarını bildirmək üçün etiraz süngəri yerinə "Angry Birds" (Qəzəbli Quş) oyuncağı atıb

Milli.Az anspress-ə istinadən xəbər verir ki, xalların verilmədiyini düşünən məşqçilər "qəzəbli quşu" güləş döşəyinə tərəf atırlar.

Güləşi izləyənləri güldürən bu yeniliyin başqa ölkələrdəki müsabiqələrdə da tətbiq olunacağı gözlənilir.

Xatırladaq ki, ötən il Finlandiyanı ziyarət edən baş nazir Rəcəb Tayyib Ərdoğan Helsinkidəki "Rovio Entertainment" oyun şirkətini ziyarət edib səlahiyyətlilərindən məlumat alıb. Baş nazir əylənərək öyrənmə modeli çərçivəsində "Angry Birds"ün türk təhsil sistemində istifadə edilə biləcəyini ifadə etmişdi.

Qeyd edək ki, bir müddət öncə "Angry Birds" oyunu haqqında Kanadanın Vankuver şəhərindəki "Sony" studiyalarında animasiya filminin çəkiləcəyi açıqlanıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.