İdman

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının rəsmi saytı və videoçarxı təqdim edildi - VİDEO - FOTO

5 Aprel 2014 15:54
Baxış: 1 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının rəsmi saytı (www.baku2014.agf.az) və yerli televiziya kanallarında nümayiş olunacaq təbliğat videoçarxı təqdim edilib

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki komitəsinin rəhbəri Hayde Bruneder, AGF-nin baş katibi, Avropa Gimnastika İttifaqının vitse-prezidenti Fərid Qayıbov, bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva, Avropa çempionatının marketinq üzrə direktoru Səbri Gülmalıyev və beynəlxalq dərəcəli arbitr, Avropa çempionatının direktoru Natalya Bulanova iştirak ediblər.

S.Gülmalıyev deyib ki, aprelin 20-dən etibarən çempionata biletlər satışa buraxılacaq və eyni zamanda onlayn formada da bilet almaq mümkün olacaq.
 

Onun sözlərinə görə, çempionatın saytı üç dildə - Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




Video Player
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.