İdman

Dünya çempionatına qanlı hazırlıq: 8 ölü - FOTO

31 Mart 2014 10:29
0 Şərh     Baxış: 1 358
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə dünya çempionatının keçiriləcəyi Braziliyada stadionların inşası və rekonstruksiyası işlərində daha bir fəhlə həlak olub.
 

San-Paulu şəhərində "Fast Engenharia" şirkətinin inşa etdiyi "Itaquero" stadionunda Fabio Hamilton da Kruz 14 metr yüksəklikdən tribunadan yıxılıb.

O, olay yerindəcə həlak olub.
 

Milli.Az El Mundo-ya istinadən bildirir ki, iyunun 14-də başlayacaq dünya çempionatına hazırlıq prosesində bu minvalla həlak olanların sayı 8 nəfərə çatıb.
 

Braziliyada mundial başlayana qədər 12 stadionun inşasının və tam təmirinin başa çatdırılması planlaşdırılır.
 

Fəhlənin həlak olduğu stadion "Conrinthians Arena" kimi də tanınır. Arena San-Paulunun şərqində, yoxsulların yaşadığı məkandadır.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.