İdman

Droqba: ""Qalatasaray"da məni unudun"

19 Mart 2014 11:36
1 Şərh     Baxış: 1 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Daha yaxşı oynaya bilərdik. Topa daha çox biz sahib olduq, amma bu, qələbə qazanmaq üçün yetərli deyil. Çoxlu səhvlər etdik. Buna görə də məğlub olduq. Çempionlar Liqasında oynamaq çox çətindir. İlk matçda qapımızda qol görməsəydik, bəlkə də, hər şey başqa cür olardı. Komanda hələ gəncdir. Ümid edirəm ki, növbəti mövsüm "Qalatasaray" daha yaxşı çıxış edər".
 

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qalatasaray"ın futbolçusu Didye Droqba Çempionlar Liqasının 1/8 finalında "Çelsi" ilə cavab qarşılaşmasından (0:2) sonra deyib.
 

Kotdivuarlı hücumçu yeni mövsümdə İstanbul klubunda oynayıb-oynamayacağı ilə bağlı verilən sualı belə cavablandırıb:
 

"Bu haqda danışmaq istəmirəm. Çünki futbol bir komanda oyunudur. "Qalatasaray"da yalnız mənim olmağım önəmli deyil. Buna görə də məni unudun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.