““Qarabağ”a qalib gəldiyimiz oyunda bu, bizə uğur gətirdi” - Vernidub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 31-ci turunun "Şamaxı"(3:0) ilə oyunundan sonra mətbuat konfransında iştirak edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- Əfsanəvi Valeri Lobonovskinin komandalarının vizit vərəqi oyunun əvvəlində rəqibə maksimum təzyiq göstərib, sonra arxaya çəkilərək oyunu nəzarəti altına alıb, rəqibin boşluqlar verməsini gözləmək idi. "Neftçi" də bu cür oynayır, hətta "Qarabağ"a 1:5 uduzduğunuz oyunda da belə idi. Demək olar ki, bu ukraynalı məşqçilərin oxşarlığıdır?
- Valeri Lobonovski böyük və əfsanəvi məşqçidir. Deməzdim ki, onu çox yaxşı tanıyıram və sistemini tətbiq etməyə çalışıram. Biz "Neftçi" olaraq çalışırıq ki, klubun adına layiq oyun nümayiş etdirək. Bu elə komandadır ki, ilk dəqiqələrdən aqressiv futbol göstərməlidir. Pressinq tətbiq etməlidir, ilk dəqiqələrdən sona qədər topa sahib olmağa çalışmalıdır. Bizdən aşağı mövqedə gedən komandalara qarşı oyunda daha tez qol vururuqsa, oyun daha da asan olur. Bəzən bu bizdə yaxşı alınır. Bu gün də erkən qol vurduq. Qol epizodlarımız çox idi. Amma bunu qola çevirə bilmirdik. İkinci hissədə ilk hissədə edə bilmədiklərimizi reallaşdırdıq. Mənə xoşdur ki, oyunçularım bunu dərk edirlər. Oyunun ilk dəqiqələrindən arxada oturub elə oyun göstərmirlər. "Qarabağ"a qalib gəldiyimiz oyunda bir nömrə ilə oynamırdıq, ikinci nömrə ilə çıxış edirdik. Bu da bizə uğur gətirdi.
- "Neftçi" "Qarabağ"ı beş il idi ki, məğlub edə bilmirdi, bunu bacardınız. Artıq üç ildir ki, "Neftçi" "Sabah"a qalib gələ bilmir. Bu oyuna da xüsusi motivasiya ilə çıxıb, daha bir həsrəti başa vura biləcəksiz?
- Bizim çıxış yolumuz yoxdur. Hazırda turnir cədvəlində "Zirə" ilə aramızda 3 xallıq fərq var. Amma bu heç nə demək deyil. "Sabah"la görüşdə yalnız nəticəyə oynayacağıq. "Sabah" mayın 13-dəki kubok matçına hazırlaşır. Onlar qalib gələrsə, mövsümü iki titulla bitirəcəklər. Biz də əlimizdən gələni etməliyik ki, ən azından mövsümü 4-cü yerdə bitirək. Gəlin kubokun finalını gözləyək, ondan sonra "Sabah" haqda danışa bilərik.
- Qapı xəttində dəyişiklik "Qarabağ"a 1:5 hesablı məğlubiyyətdən sonra edildi. Bunu daha əvvəl edə bilərdiz?
- Burada xüsusi bir şey görmürəm. Kənan Piriç yaxşı qapıçıdır. Eyni zamanda Balayev də. Sadəcə "Qarabağ"la böyükhesablı məğlubiyyətdən sonra Balayevə şans vermək qərarına gəldik. Həmin oyundan sonra dəyişikliklərə getməliydim. Onda da 4 futbolçunu dəyişdik. Bu da xeyrimizə işlədi. Gələcək üçün 2 eyni səviyyədə qapıçımız olacaq. İki oyun birinə, iki oyun digərinə şans vermək olar.
- Bəs, Vensan Abubakara şans veriləcək?
- Hər bir oyunçuya şanslar veriləcək. Ağadadaş Salyanski haqda da suallar verilirdi. Görürsüz ki, son iki matçda onun da şansı yaranır. Onun məşq prosesində göstərdiyi əzmkarlığı çox xoşlayıram. Ona görə də oyunda ona şans verdim. Kim əzmkar işləyəcək, şans veriləcək. Bu bizim futbol həyatımızdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
““Qarabağ”a qalib gəldiyimiz oyunda bu, bizə uğur gətirdi” - Vernidub
-
“Şamaxı”da iki oyunum qalıb” - Ayxan Abbasov
-
"Neftçi" Premyer Liqada növbəti qələbəsini qazanıb
-
Azərbaycan cüdoçuları Avropa Kubokunda 9 medal qazanıblar
-
"Turan Tovuz" avrokuboka vəsiqəni təmin edib
-
"Çelsi"ni sabiq futbolçusu çalışdıra bilər
XƏBƏR LENTİ
-
Bunu için, xərçəngdən QORUNUN
-
"Ölünü də, gəlini də eyni qayıqla aparırlar" - VİDEO
-
““Qarabağ”a qalib gəldiyimiz oyunda bu, bizə uğur gətirdi” - Vernidub
-
Neftin qiyməti bundan sonra sürətlə enəcək - Hasset
-
“Şamaxı”da iki oyunum qalıb” - Ayxan Abbasov
-
Günün qoroskopu: həyat sizi ən doğru istiqamətə aparacaq
-
Tramp İrandan sonra yeni hədəfini açıqladı
-
Ukrayna Belqoroda zərbə endirdi: yaralılar var
-
Vəzifəli şəxs vəfat etdi - FOTO
-
30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır:
-
Qırmızı ətə ən çox yaraşan şirin souslar
-
“Sadəcə içəri girib onu götürmək lazımdır” - Netanyahu
-
Tramp: İranın zənginləşdirilmiş uranını istədiyimiz vaxt əldə edəcəyik
-
4 serial birdən finala gedir
-
"Neftçi" Premyer Liqada növbəti qələbəsini qazanıb
-
"Qızım bizi sevindirdi"
-
Dünyanın ən sağlam ədviyyatı seçildi - Zəncəfil deyil
-
İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
"8 ildir nəvələrimə mən baxıram"
-
Azərbaycan cüdoçuları Avropa Kubokunda 9 medal qazanıblar
-
Elşad Xose xanımı ilə - FOTO
-
"Turan Tovuz" avrokuboka vəsiqəni təmin edib
-
Bugünkü qəzada ölənlər hərbçilər imiş - FOTO
-
"Çelsi"ni sabiq futbolçusu çalışdıra bilər





