İdman

UEFA "Real"ın 4 ulduz futbolçusu barədə araşdırmaya başladı

28 Mart 2025 16:10
Baxış: 879
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Çempionlar Liqasının finalında "Atletiko" ilə cavab oyunundan sonra "Real"ın 4 futbolçusunun davranışı ilə bağlı araşdırmaya başlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki insident martın 12-də "Atletiko"nun ev stadionunda keçirilən oyundan sonra baş verib. "Real" ümumi hesabda turnirin 1/4 finalına yüksəlib. 

Oyundan sonra "Real Madrid"in futbolçuları Antonio Rudiger, Kilian Mbappe, Daniel Seballos və Vinisius Junior "Atletiko" azarkeşlərinin tribunaları qarşısında qələbəni qeyd ediblər. Klub bu davranışı təxribat kimi qəbul edib və UEFA-ya şikayət göndərib.

Çempionlar Liqasının 1/4 finalında "Real Madrid" İngiltərənin "Arsenal" klubu ilə qarşılaşacaq. İlk görüş aprelin 8-də Londonda baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.