UEFA-nın keçmiş prezidenti Mişel Platini dələduzluq işi ilə bağlı bəraət almasından danışıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Platini ilə yanaşı FİFA-nın keçmiş prezidenti Yozef Blatter də bəraət alıb.
"Mənim şərəfim bərpa olundu. FİFA ilə bəzi İsveçrə federal prokurorları arasında son 10 ildə davam edən döyüş sona çatdı.
Ətrafımda heç kim mənim günahkar olduğuma inanmırdı. Bilirəm ki, bu iş mənim FİFA prezidenti olmağıma mane olmaq üçün açılıb.
Bilirəm ki, düşmənlərim üçün vaxt önəmli idi. Onlar hətta 2 milyona tüpürmürdülər də. Məni 10 il işdən uzaqlaşdırdılar. Biz bunu da başa düşürük", - "RMC Sport" Platininin sözlərindən sitat gətirib.
Xatırladaq ki, 2021-ci ilin noyabrında Blatter və Platini dələduzluq, vəsaitlərin mənimsənilməsi, cinayətkar idarəetmə və sənədlərin saxtalaşdırılmasında ittiham olunub. Araşdırmaya FİFA büdcəsindən UEFA-ya 2,3 milyon dollar ödənilməsi səbəb olub. Eyni zamanda prokurorluq Blatter və Platininin 1 il 8 ay şərti cəzaya məhkum edilməsini istəyib.
Milli.Az