İngiltərə millisində çıxış edən Cud Bellinqem keçmiş futbolçu Ueyn Runini qabaqlayıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, milli komandada 21 yaşadək 41-ci dəfə meydana çıxaraq, Runini (40 oyun) qabaqlayıb.
Qeyd edək ki, İngiltərə millisi ötən gün keçirilən DÇ-2026-nın seçmə mərhələsində Albaniya seçməsini 2:0 hesabı ilə məğlub edib.
Milli.Az