"Ümraniyespor"u "Çorum"a dəyişən Coşqun Diniyevin debütü uğurlu alındı.
Azərbaycan millisinin də şərəfini qoruyan yarımmüdafiəçi "Çorum" formasında meydana çıxdığı ilk görüşdə "Ümraniyespor"un qapısına 2 qol vurmaqla komandasına qələbə qazandırdı.
Coşqunun uğurlu debütü Türkiyə və Azərbaycanda maraqla qarşılanıb.
Bir çox sosial şəbəkə platdormalarında onun haqqında postlar paylaşılıb, həmyerlimizin klubunu dəyişməsi və debütdə dubl etməsi qeyd olunub.
Çorumlu futbolsevərlər Diniyevi "dinamo" ləqəbini yaraşdırıb. Azərbaycanlı azarkeşlərin bir çoxu isə onu məşhur Amrabat qardaşlarına (Nordin və Sofiyan) bənzədərək ünvanına "milli Amrabat" yazıblar.
29 yaşlı futbolçu cari mövsümdə Türkiyə I Liqasında meydana çıxdığı 21 oyunda 2 qol və 2 assistlə yadda qalıb.
O, ötən mövsüm "Ümraniyespor"un heyətində 30 matçda 3 qol vurub, 2 məhsuldar ötürmənin müəllifi olmuşdu. (sportinfo)
Milli.Az