“Onlarla oynamaq baş ağrısıdır” - Ançelotti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının pley-off mərhələsində "Mançester Siti" ilə keçiriləcək oyunla bağlı fikrlərini bölüşüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mütəxəssis matç öncəsi hazırlıq prosesini kabus kimi qiymətləndirib.
"Bu, mənə müasir klassika kimi gəlir, çünki biz illərdir bu yarışmada bir-birimizə qarşı oynayırıq. Matç əvvəlkilər kimi maraqlı olacaq. Nə olacağını təxmin etmək çox çətindir, çünki hər şey keyfiyyətlərdən, fərdi bacarıqlardan asılıdır... Bunlar çox yüksək səviyyəli oyunlardır və siz ən yaxşı olduğunuzu göstərməlisiniz.
"Mançester Siti" ilə oynamaq həmişə baş ağrısıdır. Amma reallıq budur ki, bu klub bizi məğlub edəndə Çempionlar Liqasını qazandı. Əminəm ki, ən yaxşı komanda turnirdə daha da irəli gedəcək. Təəccüblüdür ki, bu, pley-off matçı olacaq... Bizim burada olmağımız UEFA-nın yox, özümüzün günahıdır, çünki bu matç final və ya yarımfinal ola bilərdi. Ancaq yenə deyirəm, bu tamamilə bizim günahımızdır".
Məşqçilik karyerası ərzində Qvardiolaya qarşı keçirdiyi 12 oyunun dördündə qalib gələn Ançelotti hesab edir ki, iki komanda arasındakı rəqabət Avropada ən böyük rəqabətə çevrilib.
"Hər dəfə bir-birimizə qarşı oynadığımız zaman oyunlara hazırlaşmaq kabusdur, çünki həmişə sizi düşündürən fikirlər ortaya çıxır".
Qeyd edək ki, "Real"ın "Mançester Siti"yə qarşı səfərdə keçirəcəyi ilk matç fevralın 11-dən 12-nə keçən gecə, Bakı vaxtı ilə 00:00-da start götürəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
İsmail Kartal yoxa çıxdı
XƏBƏR LENTİ
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)





