"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 7-ci turunda PSJ-yə uduzduqdan (2:4) sonra komandasının turnirin pley-off mərhələsinə yüksəlmək şanslarından danışıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Sky Sport" bildirib.
"Çempionlar Liqasından kənarlaşmaq? Əlbəttə ola bilər. Son oyunda qalib gələ bilməsək, pley-offdan necə danışa bilərik? Biz buna layiq deyilik. Bu, həqiqətdir, kifayət qədər xal qazanmadıq və bunu qəbul etməliyik. "Brügge" ilə ev oyununda son şansımız qaldı... Ümid edirəm vəsiqə qazana bilərik", - mütəxəssis bildirib.
Xatırladaq ki, Qvardiolanın komandası liqa cədvəlində 25-ci pillədə qərarlaşıb 8-ci turun həlledici oyununda İngiltərə klubu doğma stadionunda Belçikanın "Brügge" klubu ilə qarşılaşacaq.
Milli.Az