Türkiyənin nəhəng futbol klubu "Qalatasaray" transfer mövsümünün əvvəllərində "Fənərbağça"dan transfer etdiyi Mişi Batşuayi ilə yollarını ayırmağı düşünür.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, Super Liqa nəhəngi olan "Qalatasaray"ın Batşuayi ilə bağlı idarəçilər arasında müzakirələr apardığı və təcrübəli forvarda gələn təklifləri dəyərləndirməyi düşündüyü öyrənilib. Mövsümün əvvəlindən bəri 5 qol vuran belçikalı forvard son 20 həftə ərzində isə yalnız 5 dəfə rəqib qapısına yol tapa bilib.
Bu vəziyyətin ardından klub rəhbərliyi Batşuayinin gələcəkdəki mövqeyini təhlil edərək, onun transferi ilə bağlı qərar verməyə yaxınlaşır.
Bu səbəbdən ulduz futbolçu yaxın zamanlarda "Qalatasaray"ı tərk edə bilər.
Fidan
Milli.Az