2024-cü ilin ən yaxşı milli məşqçisi Luis de la Fuente seçilib.
Milli.Az xarici mətbuata istinafən xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən sorğuda de la Fuente 274 xal toplayaraq ilk sırada yer alıb. Onun ardından argentinalı Lionel Skaloni (148 xal) və fransalı Didye Deşam (35 xal) qərarlaşıb.
De la Fuente, 2024-cü ildə İspaniya milli komandasını uğurlu nəticələrə daşıyıb. Onun rəhbərliyi ilə İspaniya yığması Avropa çempionu olub və ilin ərzində 17 oyundan 14 qələbə qazanıb, 2 heç-heçə edib və yalnız 1 məğlubiyyətlə üzləşib.
Sorğuda digər məşqçilər də diqqət çəkib, o cümlədən İngiltərənin keçmiş baş məşqçisi Qaret Sautqeyt, Fil Dişi Sahilindən Emers Fahe, Almaniyadan Culian Nagelsmann, Kolumbiyadan Nestor Lorenzo, Türkiyədən Vinçenzo Montella, Gürcüstandan Villi Sanyol və Uruqvaydan Marselo Bielsa.
Fidan
Milli.Az