İdman

Əliyar Ağayev Çempionlar Liqasında məşhur komandanın oyununu idarə edəcək

3 Noyabr 2024 11:58
Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FIFA referisi Əliyar Ağayev UEFA tərəfindən növbəti təyinat alıb.

Milli.Az xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək "Bolonya" (İtaliya) - "Monako" (Fransa) qarşılaşmasının baş hakimi olacaq. Ə.Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli yardım edəcəklər. Dördüncü hakim vəzifəsini isə Elçin Məsiyev icra edəcək. VAR hakimləri isə Almaniyadan Paskal Müller və Kristian Dingert olacaq.

Oyun noyabrın 5-də Bolonya şəhərindəki "Renato Dall-Ara" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.