Sumqayıt şəhər stadionuna yeni direktor təyin olundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Boks üzrə Azərbaycan yığmasının sabiq üzvü Şahin İmranov Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna yeni direktor təyin olunub.
Milli.Az sportinfo.az-a istinadla bildirir ki, Gənclər və İdman Nazirliyi bu variant üzərində dayanıb. Nazir Fərid Qayıbov müxtəlif dairələrlə danışaraq, Sumqayıt şəhərindən olan İmranovun müvafiq vəzifəyə keçidinə razılıq alıb.
Bilindiyi kimi, stadionunun direktoru Nadir Quliyev vəzifəsindən gedib. Bu ilin əvvəlində yenidən istifadəyə verilən arenanın rəhbəri öz istəyi ilə istefa ərizəsi yazıb.
Əvvəlki direktorun iş yerindən getmək istəməsi təsadüfən yaranmayıb. Stadionun idarəetməsində ciddi problemlər əmələ gəlib.
Maliyyə cəhətdən yaranan çətinliklər son aylar özünü daha çox büruzə verib. Burada çalışan əməkdaşlar aylardır ki, əməkhaqqı ala bilmirlər.
O cümlədən, kommunal xərclərin ödənilməsi müşkülə dönüb. Bu səbəbdən stadionun müxtəlif dövlət təşkilatlarına böyük miqdarda borcu yaranıb.
Qeyd edək ki, Şahin İmranov 2002-2008-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edib. İki dəfə Olimpiya Oyunları, iki dəfə dünya, üç dəfə isə Avropa çempionatında mübarizə aparıb.
2008-ci ildə Çində XXIX Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub.
Həmçinin 2002-ci ildə Perm şəhərində (Rusiya) və 2006-cı ildə Plovdiv şəhərində (Bolqarıstan) baş tutan Avropa çempionatlarının gümüş medallarına sahib olub.
Azərbaycan idmanında xidmətlərinə görə 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, "Tərəqqi" medalı ilə təltif edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama





