İdman

Amerika Kuboku: Uruqvay Kanadanı yenərək üçüncü olub

14 İyul 2024 08:50
Baxış: 716
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerika Kubokunun üçüncü yer uğrunda matçında Kanada və Uruqvay üz-üzə gəlib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, qarşılaşma ABŞ-nin Şarlott şəhərinin "Bank of Amerika" stadionunda baş tutub.

Oyuna, gözlənildiyi kimi, latın amerikalılar fəal başlayıb: artıq 8-ci dəqiqədə Bentankur komandasını hesabda irəli çıxarıb. Bununla belə, şimal təmsilçisi oyunda geridönüş etməyi bacarıb: 22-ci dəqiqədə Kone tarazlığı bərpa edib, 80-ci dəqiqədə isə Devid dəqiq zərbə ilə kanadalıları titula yaxınlaşdırıb. Lakin əsas vaxta əlavə edilmiş müddətdə kapitan Luis Suares Uruqvayı məğlubiyyətdən xilas edərək oyunu penaltilərə daşıyıb: "El Pistolero" Ximenesin dəqiq ötürməsini qola çevirə bilib.

Penalti seriyasında isə bəxt uruqvaylıların üzünə gülüb - 3:4.

Beləliklə, Uruqvay milli futbol komandası Amerika Kubokunun üçüncüsü olub.

Final qarşılaşması isə iyulun 15-də Argentina ilə Kolumbiya yığmaları arasında olacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.