İdman

AVRO-2004: İtaliya son anlarda sevindi, İspaniya qol buraxmadan yüksəldi - YENİLƏNİB - VİDEO - FOTO

25 İyun 2024 00:59
Baxış: 2 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

00:59

B qrupu, III tur

23:00. Xorvatiya - İtaliya 1:0 (İkinci hissə)

Qol: Modriç, 55, Zakkanyi ( 90+8')

Baş hakim: Denni Makkeli (Niderland).

Leyptsiq, "Red Bull Arena".

-----------

00:23

AVRO-2024

B qrupu, III tur

23:00. Xorvatiya - İtaliya 1:0 (İkinci hissə)

Qol: Modriç, 55

Baş hakim: Denni Makkeli (Niderland).

Leyptsiq, "Red Bull Arena".

-----------------

24.06.2024

23:21

B qrupu, III tur

23:00. Albaniya - İspaniya 0:1 (Birinci hissə)

Qol: Ferran Torres, 13

Baş hakim: Qlenn Nyuberq (İsveç).

Düsseldorf, "Esprit Arena".

-----------

23:04

AVRO-2024

B qrupu, III tur

23:00. Albaniya - İspaniya 0:0 (Birinci hissə)

Baş hakim: Qlenn Nyuberq (İsveç).

Düsseldorf, "Esprit Arena".

-----------

23:03

AVRO-2024

B qrupu, III tur

23:00. Xorvatiya - İtaliya 0:0 (Birinci hissə)

Baş hakim: Denni Makkeli (Niderland).

Leyptsiq, "Red Bull Arena".

-----------

08:32

Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti görüşləri keçiriləcək.

Bu gün B qrupunda mübarizəyə yekun vuruluacaq.

Düsseldorfda Albaniya 1/8 finalı özü üçün təmin edən İspaniya ilə qarşılaşacaq. Ötən tur Xorvatiya ilə heç-heçə edən albaniyalılar sürprizə ümid edir.

Gecənin digər oyunu isə Leyptsiq şəhərində gerçəkləşəcək. Ötən tur İspaniyaya məğlub olan İtaliya Xorvatiyanın müqavimətini qırmağa çalışacaq. Qələbə Luçano Spalettinin komandasını növbəti tura daşıyacaq.

Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

23:00. Xorvatiya - İtaliya

Baş hakim: Denni Makkeli (Niderland).

Leyptsiq, "Red Bull Arena".

Bu gün, iyunun 24-də B qrupunda həlledici görüşlər keçiriləcək İspaniya artıq pley-offa vəsiqəni təmin edib. Amma İtaliya, Xorvatiya və Albaniya 1/8 finala vəsiqə uğrunda mübarizə aparacaq. Bizi iki gərgin matç gözləyir.

2022-ci il dünya çempionatının bürünc mükafatçıları ən uğurlu AVRO tarixçəsinə sahib deyillər. 1-ci turda İspaniyaya uduzmuş Xorvatiya - 0:3, daha sonra 90+5-ci dəqiqədə Albaniya üzərində qələbəni əldən verib - 2:2. Bir xal Zlatko Daliçin komandasının iki görüşdən sonra ümid bəslədiyi nəticə deyil. İtaliya ilk oyunda Albaniya ilə qarşılaşıb - 2:1, bundan sonra İspaniyaya şanssız uduzub - 0:1.

Bukmeker kontorları italyanları qarşıdakı görüşdə bir qədər favorit hesab edirlər. Onların qələbə əmsalı 2.35-dir. Baxmayaraq ki, xorvatlar təxminən eyni - 3.30-da (heçə - 3 35) qiymətləndirilir. Ümumiyyətlə, gözlənilməz nəticəli matç.

İtalyanlar üçün hər şey sadədir: Xorvatiya ilə heç-heçə belə komandaya kifayət edir. Daha sonra İspaniya - Albaniya qarşılaşmasının nəticəsindən asılı olmayaraq ikinci yeri tutacaqlar. İtaliya hələ də ispanları ötməyəcək və albanları irəli buraxmayacaq (birbaşa görüşlərin nəticələrinə əsasən). İtalyanların qələbəsi təbii ki, onları ikinci yerdən pley-offa da göndərir.

Amma məğlubiyyət halında hər şey daha maraqlı olur. Belədə Luçano Spalettinin komandası Xorvatiyanı irəli buraxır və maksimum üçüncü olur. Belə ssenaridə 1/8 finala vəsiqənin taleyi digər qruplardakı nəticələrdən asılıdır. Xatırladaq ki, üçüncü yeri tutan dörd ən yaxşı komanda pley-offa yüksəlir. Amma üç xal həmişə 1/8 finala zəmanət vermir. Üstəlik, Football Meets Data-nın hesablamalarına görə, milli komandanın B qrupundan üçüncü yeri tərk etmə ehtimalı 36% (hamısı arasında ən pisi) təşkil edir.

İtaliya Xorvatiyaya uduzsa və Albaniya gözlənilmədən İspaniyaya qalib gəlsə, hazırkı Avropa çempionu 100% pley-offsuz qalacaq.

Xorvatiyanı yalnız qələbə xilas edəcək. Daha sonra Zlatko Daliçin komandası dörd xal toplayıb, İtaliyanı keçəcək və ən azı üçüncü pillədə qərarlaşacaq. Albaniya İspaniyanı məğlub etməsə, xorvatlar ikinci yeri tutacaq. Həm Xorvatiya, həm də albanlar qalib gəlsə, ikinci yerin taleyini top fərqi həll edəcək. Hələlik Albaniya yığmasının durumu daha yaxşıdır: "-1" (3:4), xorvatlar üçün "-3" (2:5).

Zlatko Daliçin komandası İtaliya ilə heç-heçə etsə, şübhəsiz ki, pley-off şanslarını itirəcək. AVRO tarixində heç vaxt iki xalı olan komandanın üçüncü yerdən 1/8 finala yüksəlməsi halları olmayıb. Məğlubiyyət təbii olaraq Xorvatiyanın pley-off ümidlərinə son qoyacaq.

23:00. Albaniya - İspaniya

Baş hakim: Qlenn Nyuberq (İsveç).

Düsseldorf, "Esprit Arena".

İspaniya birinci yeri və pley-offa vəsiqəni təmin etdi. Luis de la Fuentenin yetirmələri iki qələbə qazanıb - Xorvatiya (3:0) və İtaliya (1:0). Deməli, 3-cü dövrədə ispanlar yəqin ki, meydanda yarım ehtiyat heyətlə çıxış edəcəklər. Amma Albaniya turnirdə ən yaxşı oyunu verməlidir. Baxmayaraq ki, əvvəlki görüşlərdə Silvinyonun komandası yaxşı görünürdü: ilk olaraq həm İtaliya, həm də Xorvatiyaya qarşı qol vurdular. Amma hər iki halda xal itirdilər. Sonda İtaliyaya uduzdular (1:2), xorvatlarla bərabərə qaldılar (2:2).

Bukmeker kontorları İspaniyanın qalib gələcəyinə hələ də əmindirlər. De la Fuente komandası üçün əmsallar 1.45-dir. Albaniyanın qələbəsi 7.40, heç-heçə 4.90-la qiymətləndirilir. Albanlar, hətta ispanların ehtimal olunan qarışıq tərkibini də nəzərə alaraq möcüzə göstərməlidirlər.

Albanlara qələbə çox lazımdır. Onda Silvinyonun komandası dörd xalı və ən azı üçüncü yeri tutacaq. İtaliya uduzsa və Xorvatiya qalib gəlsə, ikinci yer və pley-offa birbaşa çıxış şansları olacaq. Amma bunun üçün albanların xorvatlardan daha yaxşı top fərqi olması lazımdır. Xatırladırıq ki, xalların bərabər olduğu halda, onlar ilk öncə baş-başa (Albaniya və Xorvatiya bərabərə qalıb), sonra isə top fərqinə baxırlar. Hələlik albanlar daha yaxşıdır ("-1"; xorvatlar, sizə xatırladaq, "-3").

Albaniya qalib gəlsə və İtaliya Xorvatiya ilə ən azı bir xal qazansa, Silvinyonun komandası mütləq üçüncü yeri tutacaq. İspaniya ilə heç-heçə yəqin ki, albanlara yaraşmayacaq. Bəli, bu ssenaridə İtaliya Xorvatiyaya qalib gəlsə, Albaniya üçüncü yerdə qərarlaşacaq. Amma iki xalla pley-offa çıxa bilməyəcək. Ən azından Avro tarixində belə hal olmayıb.

Yenidən əsas məqamlara keçək. İtaliya pley-offa gedən ən asan yoldadır. Bir xal - və komanda ikinci yerdən 1/8 finala çıxmağa zəmanət verir. Albaniya və Xorvatiyanı ancaq qələbə qane edir. Amma bu halda da paralel matçlardakı nəticə onlar üçün önəmlidir: albanlara xorvatlara iki top fərqindən çox olmayan qalibiyyət lazımdır. Baxmayaraq ki, İtaliya-Xorvatiya görüşündə heç-heçə Albaniyanın qalib gələcəyi təqdirdə yaxşı nəticə olardı. Sonra komanda dörd xalla üçüncü yeri tutacaq və pley-off üçün əla şanslara sahib olacaq. Xorvatiyaya Albaniya-İspaniya görüşündə heç-heçə və ya albanlara məğlubiyyət lazımdır. Təbii ki, özlərinin qələbəsi halında...

1

İspaniya

2

2

0

0

4-0

6

2

İtaliya

2

1

0

1

2-2

3

3

Albaniya

2

0

1

1

3-4

1

4

Xorvatiya

2

0

1

1

2-5

1

24 iyul

AVRO-2024

B qrupu, III tur

23:00. Albaniya - İspaniya

Baş hakim: Qlenn Nyuberq (İsveç).

Düsseldorf, "Esprit Arena".

23:00. Xorvatiya - İtaliya

Baş hakim: Denni Makkeli (Niderland).

Leyptsiq, "Red Bull Arena".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.