İdman

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü oldu

5 May 2024 16:01
Baxış: 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda keçirilən Avropa Kubokunda böyük fərdi gimnastlar arasında üç fərqli proqramda qaliblər müəyyənləşib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, haqla ilə hərəkətlərdə italiyalı Sofiya Raffaeli (35,050 xal) qızıl, bolqarıstanlı Boryana Kalein (33,600) gümüş, kiprli Vera Tuqolukova (33,100) isə bürünc medal qazanıblar. Azərbaycan təmsilçisi Zöhrə Ağamirova isə 31,650 xal toplayaraq səkkizinci pillədə qərarlaşıb.

Topla çıxışda isə bolqarıstanlı Boryana Kalein (34,350) birinci, rumıniyalı Kristina Draqan (34,150) ikinci, israilli Daniela Munitz (33,850) üçüncü yeri tutublar. Bu dəfə hakimlərdən 33,350 xal alan Zöhrə Ağamirova altıncı sırada yer alıb.

Gimnastımız daha sonra lentlə hərəkətlərdə bacarığını nümayiş etdirib. O, 31,800 xalla dördüncü sırada qərarlaşıb. Bu proqramda Boryana Kalein (32,950) qızıl, Vera Tuqolukova (32,350) gümüş, Sofiya Raffaeli (32,250) isə bürünc mükafata sahib olublar.

Milli Gimnastika Arenasında təşkil edilən bədii gimnastika üzrə Avropa Kubokunda 37 ölkəni təmsil edən 160 idmançı iştirak edir. Turnirə bu gün - mayın 5-də yekun vurulacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.