İdman

Əliabbas Rzazadə: “Bu qələbəmin davamını Olimpiya Oyunlarında gətirəcəm”

7 Aprel 2024 18:55
Baxış: 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Doğma divarlar arasında vuruşmaq ayrı bir qürurdur".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan millisinin sərbəst güləşçisi Əliabbas Rzazadə (57 kq) deyib.

O, Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmasının sevincini bölüşüb: "Öz ölkəndə güləşmək adama əlavə motivasiya verir. Bütün rəqiblərim güclü idi. Hamısını yüksək qiymətləndirirəm. Yarışa çox güclü hazırlaşmışdıq. Məşqçilərimiz Cəbrayıl Həsənov və Xetaq Qazyumovla birlikdə yaxşı hazırlıq keçdik. Qarşıma məqsəd qoymuşdum, buna da nail oldum".

Rzazadə bildirib ki, qarşıda onu daha da çətin sınaq gözləyir: "İnanıram ki, bu qələbəmin davamını Olimpiya Oyunlarında gətirəcəm. Olimpiadada iştirak edəcək heç bir idmançı zəif deyil. Mən də onlardan geri qalmıram. Bu gün mənim günümdür. Məhz Parisdə də qızıl medal uğrunda mübarizə aparacam. Əvvəlki görüşlərimə baxdıqda nə qədər irəlilədiyimi görürəm. Artıq ikinci dəfə idi ki, 1/4 finalda türkiyəli Süleyman Atlına qalib gəldim. Final görüşümdə də daha öncə Avropa çempionunda ona qarşı məğlub olduğum Vladimir Yeqorovuv üzərində qələbə qazandım. Sevinirəm ki, buna nail ola bildim. Bu yarışda ilk lisenziyanı mən qazandım. Ayağım düşərli olar. Ümid varam ki, sərbəst güləşçilərimiz keçən iki günün əvəzini çıxacaqlar".

Əliabbas Rzazadə Paris-2024 Yay Olimpiya Oyunlarında əsas rəqibinin də adını açıqlayıb: "Bu rusiyalı Zaur Uquyevdir. O, sonuncu Avropa çempionu və iki qat dünya çempionudur. Mən də onu məğlub edib, medalımı təmin etmək istəyirəm. Buna da tamamilə inanıram".

Qey edək ki, sərbəst güləş üzrə Azərbaycan millisinin növbəti 4 üzvüdə finalda öz gücünü sınayacaq.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.