İdman

Çinin Futbol Assosiasiyasının keçmiş rəhbəri rüşvətə görə ömürlük həbs olunub

26 Mart 2024 08:08
Baxış: 574
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin məhkəməsi ölkənin Futbol Assosiasiyasının keçmiş sədri Çen Syuyuanı rüşvətxorluğa görə ömürlük həbs cəzasına məhkum edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası Hubey əyalətinin Huanşi şəhərinin Xalq Məhkəməsinə istinadən xəbər yayıb.

Çen Syuyuan siyasi hüquqlarından məhrum edilib və bütün şəxsi əmlakı müsadirə olunub. Onun rüşvətxorluqdan əldə etdiyi qanunsuz gəlirlər qanunvericiliyə uyğun olaraq dövlət xəzinəsinə köçürülüb.

Çen Syuyuan 2010-2023-cü illərdə "Shanghai International" şirkətində və Futbol Assosiasiyasında müxtəlif rəhbər vəzifələrdə çalışarkən 81 milyon yuandan (11 milyon ABŞ dolları) çox rüşvət alıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.