İdman

UEFA “Qarabağ” - “Bayer” oyunundan yazdı

12 Mart 2024 15:21
Baxış: 1 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA-nın rəsmi saytı Avropa Liqasının 1/8 final mərhələsində "Bayer" lə "Qarabağ" arasında keçiriləcək cavab oyunu haqqında yazı hazırlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yazıda "Qarabağ"ın "Bayer"lə (2:2) doğma meydanda keçirilən oyununda uğurlu çıxışından bəhs edilib.

Bildirilib ki, Ağdam təmsilçisi əla futbol nümayiş etdirib: "Alonso ilə mübarizə etmək çətindir. "Bayer"ə bu mövsüm məğlubiyyət yaşadan ilk komanda olmağa çox yaxın idilər. Almaniya nəhəngi yalnız əlavə olunmuş vaxtda Patrik Şikin qolu sayəsində məğlubiyyətdən qaça bildi".

Qitə futbol qurumu yazısında həmçinin Qurban Qurbanov haqqında fikirlərə də yer verib: "Komanda son 16 ildə Qurban Qurbanovun rəhbərliyi altında sabit şəkildə inkişaf edir. Əgər "Qarabağ" əvvəllər ən yaxşı oyunlarını doğma meydanında keçirirdisə, indi rəqib meydanında da daha inamlı çıxış edir".

Xatırladaq ki, "Bayer" - "Qarabağ" görüşü martın 14-ü yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə gecə 00:00-da) başlanacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.