İdman

“Barselona” Messiyə hələ də maaş verir

26 Fevral 2024 19:23
Baxış: 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Barselona" klubu sabiq futbolçusu Lionel Messiyə hələ də maaş ödəyir.

Milli.Az report-a istinadən xəbər verir ki, onunla yanaşı, hazırda ABŞ-nin "İnter Mayami" klubunda komanda yoldaşı olan Serxio Buskets və Xordi Alba da kataloniyalılardan hər ay məvacib alırlar.

Klub rəhbərliyi koronavirus pandemiyası dönəmində imzalanan müqavilə ilə bağlı öhdəliklərini indi yerinə yetirir. "Barselona"nın maaş büdcəsinin bir hissəsi məhz bu "üçlüy"ə ayrılıb.

Qeyd edək ki, Lionel Messi 2004-2021, Serxio Buskets 2008-2023, Xordi Alba isə 2012-2023-cü illərdə "Barselona"nın formasını geyiniblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.