İdman

Danışıqlarda son durum… - “Qarabağ”dan gedirmi?

14 Yanvar 2024 23:10
Baxış: 859
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Superliqa təmsilçisi "Şanxay Şenxua" klubu Leandro Andradeyə görə "Qarabağ"la danışıqları davam etdirir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə qış transfer pəncərəsi dövründə danışıqlar daha da intensivləşib. Lakin bu transferin Çin təmsilçisinin istədiyi kimi yekunlaşacağını söyləmək olmaz. 

Danışıqları düyünə salan əsas məqam təzminatla bağlıdır. Müqavilə ilə 2025-ci ilin yayına qədər "Qarabağ"a məxsus olan Kabo-Verdeli futbolçuya görə Ağdam klubu Çin təmsilçisinin təklif etdiyindən daha artıq istəyib.

Bundan başqa, məşqçi heyəti Leandronun gedəcəyi halda onun oynadığı mövqedə boşluqlar yarana biləcəyindən də ehtiyat edir. 

Əldə etdiyimiz xəbərə görə, bu gün üçün Leandro Andradenin qışda "Qarabağ"da qalmaq ehtimalı daha yüksəkdir, nəinki onun getməsi. Lakin danışıqların gedişatından asılı vəziyyət dəyişə də bilər.

Xatırladaq ki, Leandro Andrade 2020-ci ilin yayından "Qarabağ"da oynayır. O, bu mövsüm "Qarabağ"la bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 10 qol vurub, 9 qolun isə ötürməsini verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.