İdman

"Qalatasaray"da daha bir ayrılıq

18 Dekabr 2023 12:38
Baxış: 882
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qalatasaray" Serjiu Oliveyra ilə bağlı yekun qərarını verib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, trenajor zalında məşq edərkən sinə əzələsi qopan Oliveyra əməliyyat olunacağı təqdirdə, 4 ay meydanlardan uzaq qalacaq. 

Məlumata görə, "sarı-qırmızılar" bu səbəbdən təcrübəli futbolçunun menecerini İstanbula çağırıb. Mənbə bildirir ki, qarşıdakı həftə ərzində rəhbərlik futbolçunun nümayəndəsi ilə görüşəcək, ona portuqaliyalı ulduzla müqaviləni dondurmağı və ya xitam verməyi təklif edəcək.

Qeyd edək ki , Oliveyra bu mövsüm "Qalatasaray" forması ilə 20 matça çıxıb. Əcnəbi oyunçu bu qarşılaşmalarda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.