İdman

Pepe Çempionlar Liqasının tarixinə düşdü

8 Noyabr 2023 11:26
Baxış: 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Porto"nun veteran müdafiəçisi Pepe Çempionlar Liqasında qol vuran ən yaşlı futbolçu kimi adını tarixə yazdırıb

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 40 yaşlı futbolçu "Antverpen" ilə oyunda fərqlənib.

O, Çempionlar Liqasında 40 yaşdan sonra qol vuran ilk oyunçu olub. Pepe 90+1-ci dəqiqədə komandasının ikinci qolunu vurub. 

Bu görüşdə Portuqaliya klubu 2:0 hesablı qələbə qazanıb. Pepe həm də Çempionlar Liqasında meydana çıxan ən yaşlı oyunçudur.

Qeyd edək ki, veteran futbolçu peşəkar karyerasına 22 il əvvəl, 2001-ci ildə başlayıb. O, "Real"da üç dəfə Çempionlar Liqasının qalibi olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.