Təcavüzdə adı hallanan məşhur futbolçular - Ronaldodan həbsdə yatan Dani Alveşədək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illərin ən çox problemlərindən biri qadına qarşı olunan şiddətlərin daha da artmasıdır. Dünyada hər gün milyonlarla qadın şiddət görür və təcavüzə uğrayır. Qadına qarşı zorakılıqda adı hallanan tanınmışlar var ki, siyahının başında bir sıra futbolçular gəlir.
Milli.Az lent.az-a istinadən qadına qarşı təcavüzdə adı hallanan futbolçuları müəyyənləşdirib.
Həmin futbolçuların kim olduğunu sizlərə təqdim edirik:
Ən çox zorakılıqda adı hallanan dünyaca məşhur futbolçu Kriştiano Ronaldodur. Futbolçu tərəfindən zorlandığını iddia edən amerikalı model Ketrin Mayorqanın vəkili bu barədə açıqlama verib. O, bildirib ki, daha 3 xanım analoji şikayətlə ona müraciət edib.
Təcavüzdə adı hallanan 48 yaşlı futbolçu Marselinyo evində verdiyi ziyafət zamanı bir qadını zorla öpməyə çalışıb və saçlarını dartıb. Onun vəkili isə bu iddianı təkzib edib.
Fransanın Paris Saint-Germain (PSG) klubunda çıxış edən ulduz futbolçu Neymar haqda "İnstagram"da yazışdığı qadına təcavüz etdiyi deyilir. Futbolçunun özü "İnstagram" hesabında 7 dəqiqəlik video yayımlayaraq baş verənləri inkar edib. Buna baxmayaraq özünü zərərçəkmiş kimi təqdim edən qadın qorxduğu üçün polisə gec müraciət etdiyini deyib.
Almaniyanın "Ştutqart" klubunda forma geyinən türk əsilli almaniyalı yarımmüdafiəçi Atakan Karazorun da adı təcavüzdə hallanır. Belə ki, futbolçu öz həmyaşıdı olan dostu ilə 18 yaşlı ispaniyalı qadına təcavüz etdiyi üçün saxlanılıb.
Bundan başqa, İspaniyanın "Selta" klubunun futbolçusu Santi Mina qadına təcavüzə görə həbs edilib. Məhkəmə idmançını 2017-ci ildə törətdiyi cinayətə görə 4 il müddətinə azadlıqdan məhrum edib. Futbolçuya həmçinin təcavüz etdiyi şəxsə 12 il müddətinə 500 metrdən yaxın məsafədən olmamağı qadağan edilib. Əks halda o, 50 min avro cərimə ödəməlidir.
Hücumçu olaraq çıxış edən İspaniya millisinin futbolçusu Xuanel məhkəmənin qərarını pozaraq keçmiş həyat yoldaşına hücum etdiyi üçün 3 ay müddətinə həbs edilib.
Braziliyalı futbolçu Bruno Fernandes de Souza sevgilisinin qətlinə görə, 22 il müddətinə azadlıqdan məhrum edilib. Qadının meyiti isə tapılmayıb.
"Mançester Siti" və Fransa millisinin futbolçusu Benjamin Mendi cinsi təcavüz və zorakılıq cinayətlərinə görə həbs olunub. Məhkəmənin qərarı ilə günahsız elan olunaraq sərbəst buraxılıb.
Keçmiş ingilis futbolçusu Adam Conson yetkinlik yaşına çatmayan 15 yaşlı qızla cinsi əlaqədə olmaqda təqsirli bilinərək 6 illik həbs cəzası çəkib. Daha sonra o, "Sanderlend" klubundan və İngiltərə millisindən qovulub.
Braziliya millisinin sabiq futbolçusu Dani Alveş 23 yaşlı gənc qadına təcavüz etməkdə ittiham edilərək həbs edilib. Alveşin özü iddiaları təkzib edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dövlət Komitəsi Göy məscidin tarixi-mədəni kimliyinin təhrif edilməsinə etiraz edib
-
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - (Foto)
-
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
-
Yeni il gecəsi milyonlar qazanacaqlar - Siyahı
-
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - (Foto)
-
Gəncədə daha bir "BakuBus" avtobusu qəzaya düşdü - (Video)
-
Aslan Fətullayevin dəfn yeri açıqlandı
-
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
-
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
-
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırıb
-
Antalyada Birinci xanım Mehriban Əliyeva və Əminə Ərdoğandan səmimi görüntülər - (Foto)
-
Məhərrəm Müzəffərov xəstəxana direktoru təyin edildi
-
Babək prospektində “BMW”nin körpüdən aşmasının anbaan videosu
-
Sabah Balakəndə qaz kəsiləcək
-
“PAYIZ ETÜDLƏRİ” adlı yaradıcılıq sərgisinə əsər qəbulu elan olunur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - (Foto/Video)
-
Tehran öz dininə xəyanət edir
-
Pakistanda polis dəstəsinə hücum - 11 nəfər öldü, 12 yaralı var
-
Sabah yola çıxanların nəzərinə - Görünüş məsafəsi azalacaq
-
Bir balıq ovu 2 min manata başa gələ bilər
-
22 yaşlı futbolçu məşq zamanı öldü
-
Samir Bayramlı: “Ad günümə gəlmədiniz, pulu kartıma göndərin” - (Video)
-
Bu marşrutlarla gedən sərnişinlərin diqqətinə





