Taekvondoçumuz Avropa çempionu oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Avropa çempionu tituluna sahib olub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan idmançı Estoniyanın paytaxtı Tallində Olimpiya çəki dərəcələri üzrə qitə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İlk mərhələdən azad olan 24 yaşlı taekvondoçu mübarizəyə 1/8 finaldan qoşulub. O, ilk görüşdə danimarkalı Riski Farnesi məğlub edib. Maqomedov ardınca Xristiyan Giorgiyevə (Bolqarıstan) eyni aqibəti yaşadıb.
Taekvondoçumuz yarımfinalda Lev Korneyev (Serbiya) üzərində də inamlı qələbə qazanıb. Qaşım finalda niderlandlı Amyen Açnini sınağa çəkib. Gərgin keçən döyüşdə teakvondoçumuz rəqibinə heç bir şans verməyərək Avropa çempionatının qızıl medalına yiyələnib və Tallində Azərbaycan Dövlət Himnini səsləndirib.
Bununla da yığmamızın Olimpiya çəki dərəcələri üzrə qitə çempionatında medallarının sayı 3-ə yüksəlib. Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə yarışda qüvvəsini sınayan Maqomedovdan öncə Cavad Ağayev (68 kq) və Həmidreza Badrialiabadi (+80 kq) gümüş medala yiyələnib.
Estoniyada eyni zamanda keçirilən gənclərin Avropa çempionatını isə komandamız 2 medalla başa vurub. Səlimə Quliyeva (42 kq) gümüş, Məhəmməd Həsənli (45 kq) bürünc mükafat qazanıb.
Beləliklə, 3 gün davam edən 2 Avropa çempionatında Azərbaycan taekvondoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sumqayıtda ağır qəza - Ölən və yaralanan var
-
Məkkəyə hücum cəhdi - Dron məhv edildi - (Foto)
-
UEFA Avropa Liqası: İlk turun matçları
-
Qadın köhnə peçenye qutusunu açdı - İçindən 259 min manatlıq sərvət çıxdı
-
Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var
-
Trampın sərvəti açıqlandı
-
Azərbaycan neftinin qiyməti 128 dollara çatdı
-
40 trilyon dollarlıq borc və müharibə: ABŞ-ı nə gözləyir?
-
Gülay Zeynallı tanımaz halda - (Video)
-
Azərbaycan AMERİPOL-da strateji tərəfdaşa çevrilir
-
Neftin qiyməti ucuzlaşdı
-
Messi Argentina millisində vida matçına çağırıldı
-
Paytaxtın 10 küçəsində tıxac var
-
Telefon qabınızın altına dəfnə yarpağı qoyun
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)





