İdman

“Qarabağ” Avropa Liqasına qələbə ilə başladı - YENİLƏNİB

10 Avqust 2023 22:11
Baxış: 1 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" bu mövsüm UEFA Avropa Liqasında ilk oyununu keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, "köhlən atlar" III təsnifat mərhələsinin birinci matçında Bakıda Finlandiyanın HİK komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Qarşılaşmada hesabı 4-cü dəqiqədə Azərbaycan çempionundan Marko Yankoviç açsa da, VAR hakimləri ofsayd qeydə alıblar. Nəticədə "Qarabağ"ın qolu ləğv edilib. Bununla belə, Qurban Qurbanovun komandası 55-ci dəqiqədə Leandro Andrade ilə ilk qolu vurublar. 77-ci dəqiqədə qonaqlardan Entoni Olusanya hesabı bərabərləşdirib. Son nöqtəni isə 85-ci dəqiqədə "Qarabağ"ın yeni transferi Juninyo qoyub.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 17-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.