İdman

Azərbaycan Taekvondo Federasiyasında YENİ TƏYİNATLAR

20 İyun 2023 20:52
Baxış: 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Taekvondo Federasiyasının (ATF) İdarə Heyətinin növbəti iclası keçirilib.

ATF-dən Milli.Az-a verilən məlumata görə, iclasda cari məsələlər müzakirə olunub.

Həmçinin, qurumun fəaliyyətinin yüksəldilməsi və idarəetmədə səmərəliliyin artırılması məqsədilə federasiyanın prezidenti və İdarə Heyətinin sədri Kəmaləddin Heydərov vitse-prezidentlərin say tərkibinin artırılmasını təklif edib, Hikmət Səmədovla Elşən Ələkbərovun bu vəzifə üçün namizədliklərini irəli sürüb.

Azərbaycan Taekvondo Federasiyasının Ümumi Yığıncağında təkliflər səsə qoyularaq qəbul edilib.

Beləliklə, hər iki şəxs qurumun yeni vitse-prezidentləri seçiliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.