İdman

Ronaldo: "Günün birində İtaliya A Seriyasında oynayacağam"

1 May 2012 10:17
0 Şərh     Baxış: 469
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Real" (Madrid) klubunun ulduz futbolçusu Kriştiano Ronaldo gələcək karyerası haqda danışıb.

Qol.Az-ın məlumatına görə, "Mediaset Premium"a müsahibə verən portuqaliyalı futbolçu günün birində İtaliya A Seriyasında oynacağını bildirib:

"İngiltərə Premyer Liqasında oynamışam. Hazırda isə İspaniya La Liqasında çıxış edirəm və burada olmaqdan çox məmnunam. Günün birində İtaliya A Seriyasında da oynaya bilərəm. Orada "Yuventus", "Milan" və "İnter" kimi böyük komandalar var. Deyə bilmərəm ki, İtaliyada heç vaxt oynamaram. Gələcəkdə hər şey ola bilər".
 
Qeyd edək ki, Ronaldo "Real"a qədər iki klubda -  "Sportinq" (2002-2003) və "Mançester Yunayted" (2003-2009) kimi komandalarda çıxış edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.