İdman

Avropa Liqasının 1/8 final mərhələsinin bütün iştirakçıları bəlli olub

24 Fevral 2023 07:22
Baxış: 1 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin bütün iştirakçıları bəlli olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, növbəti mərhələyə öz qruplarında birinci yeri tutan ("Arsenal", "Fənərbağça", "Betis", "Real Sosyedad", "Yunion", "Feyenord", "Frayburq" və "Ferentsvaroş") və pley-off mərhələsini adlayan ("Yuventus", "Roma", "Sportinq", "Sevilya", "Bayer", "Mançester Yunayted", "Union" və "Şaxtyor") klublar yüksəliblər.

1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 24-də Nyonda (İsveçrə) keçiriləcək.

Avropa Liqası
Pley-offun cavab oyunları
23 fevral

Midtyulland (Danimarka) - Sportinq (Portuqaliya) 0:4
Qol: Koates, 21. P.Qonsalves, 50; 77. Qartenman, 85-öz qapısına.
İlk oyun - 1:1

Monako (Fransa) - Bayer (Almaniya) 2:3 (penaltilər 3:5)
Qol: Ben Yedder, 19. Embolo, 84 - Virts, 13. Palasios, 21. Adli, 58.
İlk oyun - 3:2

Nant (Fransa) - Yuventus (İtaliya) 0:3
Qol: Di Mariya, 5; 20-pen; 78.
İlk oyun - 1:1

PSV (Niderland) - Sevilya (İspaniya) 2:0
Qol: L.De Yonq, 77. F.Silva, 905.
İlk oyun - 0:3

Roma (İtaliya) - Zalsburq (Avstriya) 2:0
Qol: Belotti, 33. Dibala, 40.
İlk oyun - 0:1

Mançester Yunayted (İngiltərə) - Barselona (İspaniya) 2:1
Qol: Fred, 47. Antoni, 73 - Levandovski, 18-pen.
İlk oyun - 2:2

Renn (Fransa) - Şaxtyor (Donetsk, Ukrayna) 2:1 (penaltilər 4:5)
Qol: Ekambi, 52. Salah, 106 - Belosyan, 119-öz qapısına.
İlk oyun - 1:2

Union Berlin (Almaniya) - Ayaks (Niderland) 3:1
Qol: Knoxe, 20. Yuranoviç, 44. Doexi, 50 - Kudus, 47.
İlk oyun - 0:0

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.