İdman

“Mançester Yunayted” - “Barselona” oyununda 3 qol

24 Fevral 2023 07:09
Baxış: 1 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted" Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda "Barselona"nı məğlub edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Old Trafford" stadionunda keçirilən görüş 2:1 hesabı ilə başa çatıb. Qaliblərin heyətində qolları Fred (47-ci dəqiqə) və Antoni (73) vurublar. Qonaqların heyətində isə 18-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Robert Levandovski fərqlənib.

İlk görüş 2:2 hesabı ilə başa çatıb. Beləliklə, "Mançester Yunayted" Avropa Liqasının 1/8 finalına yüksəlib.

Mançester Yunayted (İngiltərə) - Barselona (İspaniya) 2:1
Qol: Fred, 47. Antoni, 73 - Levandovski, 18-pen.
İlk oyun - 2:2

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.