İdman

"Hatayspor"un 2 futbolçusu və məşqçisi dağıntılar altında qalaraq həyatını itirdi

18 Fevral 2023 20:13
Baxış: 697
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hatayspor"un aşağı yaş qruplarından ibarət komandalarında oynayan iki futbolçusu və aşağı yaş qruplarından ibarət komandalarının qapıçılsr üzrə məşqçisi Türkiyədə baş verən zəlzələnin dağıntıları altında qalaraq həyatını itirib.

Bu barədə "Hatayspor" məlumat yayıb.

15 yaşlı Fatin Can, 14 yaşlı Hamza Sürer və qapıçılar üzrə məşqçi Hüseyin Danahiloğlu dünyasını dəyişib.

"Hatayspor" həyatını itirənlərə Allahdan rəhmət diləyib, onların yaxınlarına isə başsağlığı verib.

Qeyd edək ki, daha əvvəl "Hatayspor"un əsas komandasının üzvü Kristian Atsu dağıntılar altında qalaraq həlak olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.