Azərbaycan gimnastları dünya səviyyəsində yüksək nəticələr əldə edib - İspan xoreoqraf - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan gimnastları dünya səviyyəsində yüksək nəticələr əldə edib və əldə etməyə davam edir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ispan xoreoqraf Beatris Brito Agilera jurnalistlərə açıqlamasında deyib. O, Bakı şəhərində Azərbaycanın bədii gimnastika üzrə müxtəlif yaş qruplarından olan yığma komandasının üzvlərinə məşqlər keçir.
"Zəriflik həm texniki ustalıq, həm də artistlik kimi inkişaf etdirilir. Folklora, Azərbaycan rəqslərinə diqqət yetirsək, görərik ki, bütün bunlar azərbaycanlı gimnastlara özlərini gimnastika xalçasında ifadə etməyə kömək edir. Bütün bu yüksək nailiyyətlərin və nəticələrin arxasında, böyük və zəhmətli əmək dayanır və mən Bakıya gələndən sonra məşq zalında iş zamanı bunu əyani olaraq gördüm", - ispan xoreoqraf deyib.
Beatris Brito Agilera, həmçinin, Azərbaycanın paytaxtına səfərinin təcrübə mübadiləsi ilə əlaqəli olduğunu vurğulayıb.
"Bakı səfəri mənim üçün yuxu kimidir. Mən uzun müddət ərzində Azərbaycanın paytaxtında keçirilən beynəlxalq tədbirləri müşahidə edirdim. Buraya gəldikdə gözəl şəhər və Milli Gimnastika Arenasında yaradılmış möhtəşəm şəraitlə qarşılaşdım", - o deyib.
Azərbaycan gimnastlarının gənc nəslindən danışan ispaniyalı xoreoqraf, həmçinin, onların yüksək potensiala malik olduqlarını qeyd edib.
"Azərbaycan gimnastlarının böyüməkdə olan nəsli çox güclüdür. Onların böyük idman nailiyyətləri əldə edəcəklərini düşünürəm", - o əlavə edib.
Qeyd edək ki, Bakı şəhərində Milli Gimnastika Arenasında ölkəmizə dəvət olunmuş ispan xoreoqraf Beatris Brito Agileranın rəhbərliyi altında xoreoqrafiya üzrə dərslər keçirilir. Dərslər bədii gimnastika üzrə müxtəlif yaş qruplarından olan yığma komandanın üzvləri üçün nəzərdə tutulub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq
-
Rəqabət sahəsində tədqiqat mərkəzi yaradılacaq
-
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib
-
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rəşad Dağlının oğlundan Orxan Lökbatanlıya təsirli sözlər - (Video)
-
Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
-
"Məni ad günlərinə çağırmayın", deyən Röya onun doğum günündə – (Fotolar)
-
Bakıda evdən 18 yaşlı qızın meyiti tapıldı
-
2 gün leysan yağacaq - Xəbərdarlıq
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
Yasamalda avtomobil yandı - (Video)
-
İndoneziyada güclü zəlzələ oldu
-
Əli Əsədov iclas keçirdi
-
İsmail Kartal yoxa çıxdı
-
Rüstəm Cəbrayılovun 3-cü dəfə evləndiyi xanımı ilə Fotoları
-
AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib - (Foto)
-
Orta ixtisas müəssisələrinə qəbulun nəticələri açıqlandı
-
Nigarın keçmiş nişanlısı danışdı: "Durduq yerdə aldadıb qaçmışam?”
-
Əkrəm İmamoğlu 2 il 1 ay həbs cəzasına məhkum edildi
-
Azərbaycanda məşhur bank bağlanır
-
“Sabah” ÇL-in tarixinə düşdü





