İdman

"Mançester Yunayted" "Beşiktaş"ın futbolçusunu ala bilər

11 Yanvar 2023 07:00
Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted" hollandiyalı hücumçu Vaut Veqxorstun transferi ilə bağlı şifahi razılığa gəlib.

Trend xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Hüquqları İngiltərənin "Börnli" klubuna məxsus olan futbolçunun icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi "Mançester Yunayted" Türkiyənin "Beşiktaş" klubuna 3 milyon avro ödəyəcək.

"Beşiktaş" yalnız Veqxorstun əvəzinə uyğun futbolçu tapdığı təqdirdə son təsdiqini verəcək. 30 yaşlı futbolçunun mövsümün ikinci hissəsini "Mançester Yunayted"də keçirəcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.