İdman

Stolüstü tennisçilərimiz Çexiyada turnirə qatılacaqlar

9 Oktyabr 2022 20:28
Baxış: 769
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oktyabrın 9-da Çexiyanın Havirov şəhərində stolüstü tennis üzrə "Eurotalents Development Camp" adlı təlim-məşq toplanışı və turnir start götürəcək. Yarışda 15 və 17 yaşadək idmançılar qüvvələrini sınayacaqlar.

Ölkəmizi milli komandanın məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Mərziyyə Nurmətova və Adil Əhmədzadə təmsil edirlər. Stolüstü tennisçilərimiz Çexiyada turnirdə də yarışacaqlar.

Qeyd edək ki, hər iki tennisçimiz yalnız perspektivli idmançıların dəvət aldığı bu yarışın əvvəlki mərhələlərində də uğurla çıxış ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.