Futbol üzrə Yunanıstan çempionatında 6-cı turun oyunları keçirilib.
Milli.Az matc.az-a istinadən bildirir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos" da növbəti matçına çıxıb.
Pirey təmsilçisi doğma meydanda "Atromitos"la qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan inamlı qələbə ilə ayrılıb - 2:0. Qolları 45+2-ci (penaltidən) və 68-ci dəqiqələrdə Sedrik Bakambu vurub.
6 turdan sonra 11 xalı olan "Olimpiakos" 14 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.
"Qarabağ" "Olimpiakos"a qarşı ilk matçını 6 oktyabrda səfərdə, ikinci oyununu isə 13 oktyabrda Bakıda keçirəcək.
Milli.Az