İçkiyə və qadınlara görə klublardan qovulan “Neftçi”nin yeni baş məşqçisi - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uzun müddətli axtarışlardan sonra "Neftçi" nəhayət ki, baş məşqçi təyinatını gerçəkləşdirib.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Vitali Vernidub, Ertoğrul Sağlam və Viktor Qonçarenko kimi mütəxəssislərin adları hallansa da, klub rəhbərliyi sürpriz edərək rumıniyalı Laurentsiu Regekampfı posta gətirib.
İlk baxışdan onun karyerası uğurlu görünür. Məsələn, Buxarest "Styaua"sını UEFA Avropa Liqasında 1/8 finala qədər daşıyıb. İşlədiyi Asiya ölkələrinin klublarında da uğursuz olmayıb. Taktiki baxımdan da Rumıniyada xüsusi biliyə məxsus biri kimi tanınır.
Lakin Regekampf ölkəsində daha çox şəxsi həyatı ilə müzakirə olunub. Belə ki, çalışdırıcı Rumıniyanın ən tanınmış agentlərindən biri Ana Maria Prodanla evli olub. Ana Maria həm də menecerliyini ona həvalə edib. Güclü əlaqələri sayəsində də Prodan onu müxtəlif klublara aparıb və karyerasında rol oynayıb.
Lakin 2018-ci ildən cütlük arasında münasibətlər pisləşməyə başlayıb. Buna səbəb isə məşqçinin alkoqol aludəçisi olması və tez-tez qızlarla əyləncələr təşkil etməsi olur. O, Birləşmiş Ərəb Əmirliklərinin "Əl Vəsl" klubundan gecə əyləncələrinə görə qovulur.
Daha sonra Səudiyyə Ərəbistan "Əl Əhli" klubundan da bu hallara görə yolu ayrılır. Artıq Asiyada "iz qoyan" çalışdırıcı məcbur ölkəsinə qayıdır. "Universitatya" (Krayova) klubu ilə anlaşan məşqçinin sonradan rəhbərliklə münasibətləri korlanır. Krayova təmsilçisinin sahiblərindən biri olan Mihai Rotaru içkili halda görüntüləri yayılan çalışdırıcını klubdan qovmaq qərarına gəlir.
Hətta 2015/2017-ci illərdə "Styaua"da işləyərkən o bu cür əməllərinə görə Cici Bekali tərəfindən klubdan uzaqlaşdırılır. Lakin həmin vaxt xanımı onu bu əməllərindən çəkindirməyə çalışır.
Son 4 ildə çalışdığı bütün klublardan da eyni səbəbdən qovulur.
Nəhayət, bu problemlərdən sonra Ana Maria Prodan onunla ayrılmağa qərar verir. Rumıniya mediası Regekampfun hazırda ölkənin ən məşhur eskort fahişələrindən olan Corina Caciucla münasibətdə olduğunu iddia edib.
Qeyd olunur ki, Birləşmiş Ərəb Əmirliklərində, İngiltərədə, İtaliyada, Fransada və Almaniyada kifayət qədər məşhur olan Corina çalışdırıcının ad-sanından istifadə edir. Həmçinin onun maddi imkanlarından yararlanır. Nəticədə artıq Rumıniyada da məşqçiyə etimad göstərilmir. Son illərdə istər dünya, istərsə də, rumın mətbuatında Laurentsiu Regekampf haqqında onlarla xəbər dərc olunub. Həmin xəbərlərin çoxun onun içki aludəçisi və qadınlarla münasibətlərindən bəhs edir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
"Real" Kurtua ilə bağlı qərar verdi
-
İsmail Kartal yoxa çıxdı
XƏBƏR LENTİ
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib





