İdman

Qadın futbolunda tamaşaçı rekordu yenilənib

23 Aprel 2022 08:34
0 Şərh     Baxış: 1 026
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qadın futbolçular arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində İspaniya "Barselona"sı ilə Almaniya "Volfsburq"u arasında keçirilmiş ilk oyun tamaşaçı sayında yeni dünya rekordu ilə əlamətdar olub.

Milli.Az "Report"a istinadən bildirir ki, "Kamp Nou" stadionunda təşkil olunmuş qarşılaşmanı 91 648 tamaşaçı izləyib.

Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb. Cavab oyunu aprelin 30-da Almaniyada olacaq.

Əvvəlki tamaşaçı rekordu martın 30-da "Barselona"nın İspaniya "Real Madrid"i ilə keçirdiyi Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşünə təsadüf edib. Həmin qarşılaşma zamanı tribunalarda 91 533 nəfər olub.

Qeyd edək ki, Çempionlar Liqasında final oyunu mayın 21-də İtaliyanın Turin şəhərində gerçəkləşəcək. "Barselona" yarışın son qalibidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.