Cəmiyyət

Ölümü satın almayaq - VİDEO

29 Noyabr 2021 14:06
0 Şərh     Baxış: 575
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Piyadalar üçün keçidlər təyin edilib, zolaqlar çəkilib. Doğrudur, sürücülərin məsuliyyətsizliyi səbəbindən baş verən yol-nəqliyyat qəzaları da kifayət qədərdir. Amma söhbət konkret piyada məsuliyyətindən gedirsə, etiraf etməliyik ki, bu sahədə problemlər çoxdur.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, son zamanlar bir qisim insanlar, xüsusən də gənclər avtomobil yollarını keçərkən mobil telefonla danışırlar. Bu da həm piyadaların özləri, həm də sürücülər üçün təhlükəli vəziyyət yaradır. Hətta başı telefonla danışmağa qarışan piyadanın kiçik bir səhvi onun qəza ilə üzləşməsinə səbəb ola bilir. Görəsən piyada keçidinə enmək bu qədərmi çətindir və ya nə qədər vaxt aparır ki, insanlarımız həyatlarını təhlükəyə atmağı üstün tuturlar?

Yol-nəqliyyat hadisələrinin statistikasına baxdıqda zərərçəkən piyadaların bir qisminin öz diqqətsizliyi ucbatından faciə ilə qarşılaşdığının şahidi oluruq. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə cari ilin 10 ayı ərzində respublika ərazisində baş vermiş qəzaların 42, Bakı şəhəri üzrə isə 57 faizini piyadaların vurulması təşkil edir.

Piyada keçidi demişkən paytaxtda kifayət qədər yeraltı və yerüstü keçidlər var. Düzdür onların bəzilərində qüsurlar olsa da ondan bu ondan istifadə edilə bilməməsi demək deyil.

Kiçik qüsurları nəzərə almasaq, ümumilikdə paytaxta apardığımız müşahidələr onu göstərdi ki, piyada keçidlərindəki eskalatorlar və liftlər işlək vəziyyətdədir.

İstənilən halda piyada keçidlərindəki vəziyyətdən asılı olmayaraq, vətəndaşların yolu qaydalara uyğun keçməsi şərtdir və bu, ilk növbədə onun həyatı üçün vacibdir. Biz artıq piyada məsuliyyətsizliyi ənənəsindən yaxa qurtarmalıyıq. Yolun yalnız keçid olan hissəsindən keçilməsi təcrübəsinə yiyələnməliyik. Necə deyərlər ehtiyyatlı oalq ki, ölümü satın almayaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.