Cəmiyyət

Goranboyda iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb

21 Noyabr 2021 21:38
0 Şərh     Baxış: 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əhmədabad kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 21011" və "VAZ 21015" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 1970-ci il təvəllüdlü Məmmədova Zəminə Valeh qızı, 1993-cü il təvəllüdlü Məmmədova Ruslan Əlövsət oğlu, 2012-ci il təvəllüdlü Qasımov Nihat Nicat oğlu və 1995-ci il təvəllüdlü Qasımova Əfsanə Əlövsət qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.