Cəmiyyət

Azərbaycanda avtomobil almaq istəyənlərə MÜHÜM XƏBƏR: Bundan sonra... - VİDEO

4 Noyabr 2021 11:54
0 Şərh     Baxış: 1 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salonlardan avtomobil alanlar bundan sonra ödənişləri nağdsız formada ödəməli olacaqlar. Bu məsələ ''nağdsız hesablaşmalar haqqında'' qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb. Təklif edilən qayda iki şəxs arasında həyata keçirilən alqı-satqı əməliyyatlarına aid deyil. Digər təklif,  göstərilən tibbi xidmətlərlə bağlıdır. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ölkəmizdə avtomobil satışı üzrə ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Bu "Nağdsız hesablaşmalar haqqında" qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. İqtisadçı ekspert Əli Əhmədovun sözlərinə görə, təklif hələlik avtosalonlarda həyata keçirilən satışlara şamil ediləcək. 

Digər təklifə görə xəstəxanalarda tibbi xidmətlərə görə 500 manatdan artıq ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsidir. Ekspertin sözlərinə görə bəzi tibb ocaqlarında vergidən yayınma halları müşahidə edilirdi. Təklif qəbul edilsə, xəstəxanalarda tibbi xidmətlərin qiymətində dəyişikliklər ola bilər.

İqtisadçı ekspert Elşad Məmmədovun fikrincə iqtisadi təkan baxımından qeyri-nağd hesablaşmalarının həcminin artmasına ciddi ehtiyac var. 

Qeyd edək ki, layihə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.