Cəmiyyət

Bu il investisiya layihələrinin maliyyələşdirilməsinə nə qədər güzəştli kredit verilib?

24 Sentyabr 2021 12:18
0 Şərh     Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özəl sektora dövlət dəstəyi çərçivəsində 2021-ci ilin yanvar-avqust ayları ərzində 945 investisiya layihəsinin maliyyələşdirilməsinə 48,4 milyon manat güzəştli kredit verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.

Nazir bildirib ki, güzəştli kreditlərin 59,2%-i kənd təsərrüfatı, 24,2%-i sənaye məhsullarının istehsalı və emalı, 16,6%-i isə digər sahələrə verilib. Kreditlərin 97,5%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür:

"Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1.400-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.