Cəmiyyət

Azərbaycana 220 volt gərginliklə işləyə bilən soyuducu anbarlar gətirilib

16 Fevral 2012 21:22
0 Şərh     Baxış: 7 096
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, "Hər kəndliyə bir soyuducu anbar" proqramı əsasında Kənd Təsərüfatı Nazirliyi və Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin xətti ilə Azərbaycana sifariş əsasında 20 ton tutumu olan soyuducu anbarlar gətirilib. Əsasən kiçik sahibkarlıqla məşğul olan kəndli-fermer təsərrüfatları üçün nəzərdə tutulan bu lahiyədə, hər bir kəndliyə maliyyə vəziyyətindən asılı olmayaraq, bir soyuducu anbar təklif olunur. Ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının istehlakdan əvvəl xarab olmasının qarşısının alınması və ilboyu onlardan səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə soyuducu anbarlara boyük tələbat yaranıb.

Azərbaycanda tikilən 36 iri tutumlu anbarın 8-i qərb bölgəsində yerləşir.
Ümumilikdə bu anbarların 8 min tona yaxın tutumu var. Samux Ərazi Kənd Təsərrüfatı İdarəsindən verilən məlumata görə, kənd təsərrüfatı məhsulları becərənlər bu soyuducu anbarlardan çox az istifadə edirlər. Onlar hazırda soyuducu kameralarının təxminən 25 faizindən yararlanırlar.

Mütəxəssislər bildirirlər ki, əgər fermerlər soyuduculardan istifadə edərlərsə, əldə olunan qazancı 2 dəfədən də çox artıra bilərlər. "Aqrolizinq" ASC-nin şöbə müdiri Kamal Camalov televiziyamıza müsahibəsində bildirib ki, ölkəyə iri tutumlu anbarlar 2007-ci ildən gətirilir. Həmin vaxt bu anbarlara tələbat çox olsa da, hər bir sahibkar bunu əldə edə bilmirdi. Ona görə ki, onların tutumu böyük olmaqla yanaşı, dəyəri də yüksək idi. K.Camalovun sözlərinə görə, hazırda bölgələrdə kiçik sahibkarlıqla məşğul olan ailə kəndli - fermerlər iri tutumlu soyuducuların alınmasında çətinlik çəkir. Bu da öz növbəsində yetişdirilən meyvə-tərəvəz məhsullarının saxlanılmasında 25-30-% itkiyə gətirib çıxarır. Bu səbəbdən də qərb bölgəsində soyuducu anbarlara, xüsusilə də kiçik soyuducu anbarlara ehtiyac çoxdur.

Kamal Camalovun sözlərinə görə, 20 tonluq soyuducu anbarlara tələbat həddən artıq çoxdur. Bu anbarların əsas üstünlüyü odur ki, onu istənilən fermer əldə edə bilər. Kiçik və iri fermerlər, hətta bir neçə fermer də birləşib, bu cür anbar əldə edə bilərlər. Eyni zamanda, bu anbarların daşınması, quraşdırılması, çox sadə şəkildədir".

Bunu nəzərə alaraq "Aqrolizinq" kiçik həcmli anbarların gətirilməsini həyata keçirib. Avadanlıq və təchizatları Avropa mənşəli olan bu soyuducu anbarlarlar "smartfresh" dəsti, nəmləndirmə sistemi ilə də təchiz olunacaq və mənfi 40 dərəcədən müsbət 10 dərəcə temperatur arasında soyutma qabiliyyətinə malikdir. Ən əsası isə bir yerdən başqa yerə asanlıqla daşına biləcək soyuducular generator və requlyatorlarla təchiz olunub və enerji təminatı da sadədir. Belə ki, 220 volt gərginlik bu anbarların fəaliyyət göstərməsinə imkan verir.

Müsahibimiz deyir ki, artıq ilin əvvəlindən bu anbarların gətirilməsinə başlanılıb. "Hazırda sifarişlər qəbul olunur. Kifayət qədər sifariş var. Kiçik sahibkarlar da bu anbarları ala və ödənişləri edə bilərlər. İlin əvvəlindən bu anbarların gətirilməsi prosesinə başlanılıb. Xeyli sifariş almışıq. İlkin ödəniş isə cəmi 10%-dir. Deyim ki, soyuducu anbarın ümumi dəyəri 60 min manatdır. İlkin ödənişdən sonra 1 il möhlət verilir. 1 ildən sonra 9 il müddətinə qrafik əsasında ödənilir".

Müsahibimizin sözlərinə görə, əksər bölgələrdən sifarişlər olub və ən çox təklif isə qərb regionundan daxil olub. Artıq sifarişlər alınıb, ödənişlər edilib. Bəs, həmin
anbarları əldə etmək üçün hansı sənədlər lazımdır? "Anbarların alınması üçün fermerdən sadəcə olaraq şəxsiyyət vəsiqəsi, yaşayış yerindən arayış və fiziki şəxs kimi VÖEN tələb olunur. Həmçinin, ilkin ödəniş kimi 6 min manat tələb olunur. Əlavə girov istənilmir. Bundan sonra anbarlar fermerlərin istədiyi yerə çatdırılır, quraşdırılır və fermerin istifadəsinə verilir.

Qeyd edək ki, ötən il kənd təsərrüfatı texnikası almaq üçün lizinq şərtləri yumşaldılıb.

Müsahibimiz deyir ki, ilbəil şərtlər yüngülləşdiyindən lizinqlə kənd təsərrüfatı texnikası götürənlərin sayı da artır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.