Cəmiyyət

Dünya şöhrətli Azərbaycanlı həkimlər Bakıda qazilərimizi müayinə edirlər - FOTO

12 Avqust 2021 13:07
1 Şərh     Baxış: 810
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səhiyyə Nazirliyi və "YAŞAT" Fondunun təşkilatı dəstəyi ilə dünya şöhrətli azərbaycanlı alim həkimlərimiz öz təşəbbüsləri ilə qazilərimizi tibbi müayinə edirlər.

Səhiyyə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, avqustun 12-dən 14-ə kimi Kopenhagen Universitetinin (Danimarka) nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin prezidenti Məsud Aşina, Harvard Universiteti Tibb Məktəbinin (ABŞ) dosenti, Boston şəhərində yerləşən Başağrısı Mərkəzinin direktoru Səid Aşina, Kopenhagen Universitetinin Başağrısı və Nevrologiya Mərkəzinin elmi işçisi Xəqan Aşina Bakı Sağlamlıq Mərkəzində planlaşdırılmış, şikayəti olan Vətən müharibəsi iştirakçılarının tibbi müayinə və müalicələrini aparırlar.

Qeyd edək ki, professor Məsud Aşina uzun illər Azərbaycandan uzaqda yaşasa da, doğma Vətəni heç vaxt unutmayıb, diasporamızla sıx əlaqədə olaraq hər zaman xalqımıza öz dəstəyini göstərib. Məsud Aşina Prezident İlham Əliyevin sərəncamı ilə "YAŞAT" Fondunun Himayəçilik Şurasının üzvü təyin edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory