CBC teleradio şirkətində kadr islahatları - YENİ TƏYİNATLAR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyanın rus dilli informasiya məkanında teleradio yayımının inkişafı və son bir neçə ildə əldə olunmuş uğurların nəticəsi kimi CBC teleradio şirkətində bir sıra kadr dəyişiklikləri aparılıb.
Qarabağ regionunda yayımlanan CBC FM radiosunun baş redaktoru vəzifəsinə Məmmədov Orxan Elşən oğlu təyin olunub.
Məmmədov Orxan Elşən oğlu 2015-ci ildən etibarən CBC telekanalında müxbir kimi fəaliyyətə başlayıb. 2018-ci ildən fəaliyyətini buraxılış redaktoru olaraq davam etdirib. 2021-ci ilin iyun ayında CBC FM radiosunun baş redaktoru vəzifəsinə təyin olunub.
Telekanalın "İctimai siyasi verilişlər" bölməsinin baş redaktoru vəzifəsinə Əliyeva Nigar Əli qızı təyin olunub.
Əliyeva Nigar Əli qızı 2013-cü ildə CBC telekanalında buraxılış redaktoru vəzifəsinə qəbul olunub. İşlədiyi dövr ərzində bir çox sənədli filmlərin və layihələrin ssenari müəllifi olub. 2021-ci ilin iyul ayından telekanalın "İctimai siyasi verilişlər" bölməsinin baş redaktoru vəzifəsinə təyin olunub.
Telekanalın "Müəllif verilişləri" bölməsinin baş redaktoru vəzifəsinə Musazadə Elmira İlqar qızı təyin olunub.
Musazadə Elmira İlqar qızı 2014-cü ildən etibarən CBC telekanalında müxbir qismində işə başlayıb. 22 yaşında olarkən telekanalın hərbi vətənpərvəlik mövzusuna həsr olunmuş "Служу Родине" verilişinin ssenari müəllifi və aparıcısı olub. 2016-cı ilin Aprel döyüşlərində hərbi müxbir kimi döyüş bölgələrində çəkilişlər aparıb. 44 günlük Vətən müharibəsi ərzində cəbhə bölgəsinə ezam olunan, baş verənləri davamlı şəkildə işıqlandıran və materialları beynəlxalq mediaya yayılan bir jurnalistdir. Həmin dövrdə Musazadə Elmira artıq telekanalın "Xarici dilli xəbərlər" redaksiyasında buraxılış redaktoru vəzifəsində çalışırdı. 2021-ci ilin iyul ayından telekanalın "Müəllif verilişləri" bölməsinin baş redaktoru vəzifəsinə təyin olunub. Musazadə Elmira Azərbaycan teleməkanında ən gənc baş redaktorlardan biridir.
Telekanalın redaktor-baş siyasi icmalçı vəzifəsinə Rzayev Sənan Məhəmməd oğlu təyin olunub.
Rzayev Sənan Məhəmməd oğlu 2015-ci ildən CBC telekanalında buraxılış redaktoru kimi işə başlayıb. 2019-cu ildən telekanalda redaktor kimi fəaliyyətinə davam edib. 2021-ci ilin iyul ayından telekanalda redaktor-baş siyasi icmalçı vəzifəsinə təyin olunub. İqtisadi-siyasi mövzuya həsr olunmuş "Актуально сегодня" verilişinin həm müəllifi, həm də aparıcısıdır.
Telekanalın beynəlxalq münasibətlər üzrə ekspert - aparıcı vəzifəsinə Lavrina Anastasiya Vitalyevna təyin olunub.
Lavrina Anastasiya Vitalyevna 2019-cu ildən CBC telekanalında aparıcı vəzifəsində çalışır. Telekanalın beynəlxalq ictimai-siyasi mövzularına həsr olunmuş "Глобальная дискуссия" adlı verilişinin aparıcısıdır. Veriliş müxtəlif xarici qonaqların iştirakı ilə aparılan maraqlı diskussiyalarla izləyicilərin diqqətini cəlb edir. Lavrina Anastasiya 2021-ci ilin iyul ayından telekanalın beynəlxalq münasibətlər üzrə ekspert - aparıcı vəzifəsinə təyin olunub.
Telekanalın "Xarici dilli yayım" departamentinin baş rejissoru vəzifəsinə Cəbrayılov Həbib Mikayıl oğlu təyin olunub.
Cəbrayılov Həbib Mikayıl oğlu 2018-ci ildən etibarən CBC telekanalının xəbərlər departamentinin rejissoru kimi işə başlayıb. İşlədiyi dövr ərzində telekanalın müxtəlif layihələrinin quruluşçu rejissoru olub. 2021-ci ilin iyul ayından etibarən telekanalın "Xarici dilli yayım" departamentinin baş rejissoru vəzifəsinə təyin olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda hava dəyişir - Leysan, dolu... - Proqnoz
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
-
8 ayda 35 mindən çox şəxsə əlillik verilib
-
Pensiyaçılar da daxil olmaqla bu şəxslərin tibbi xidməti DİN-ə həvalə edildi
-
Aktöbəyə ilk reys uğurla həyata keçirilib - (Foto)
-
Bakıda GES və Batareya Enerji Saxlanc Sistemi tikiləcək
XƏBƏR LENTİ
-
Vüsalə Xəzər TV-dən getməsi iddiasına belə cavab verdi - (Foto)
-
Prezident Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
-
Arda Gülerin dəyişimi diqqət çəkdi: 12 kq əzələ... - (Foto)
-
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər
-
Saç kəsimini bəyənmədi, bərbərini bıçaqladı - Anbaan Video
-
İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
-
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
-
İspaniya Luis de la Fuente ilə bağlı qərar verdi
-
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
-
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
-
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması çox vacibdir
-
“Crocus City Hall” hücumunu koordinasiya edən şəxsə 20 il həbs verildi
-
İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
-
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir
-
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
-
Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
-
Azərbaycanda hava dəyişir - Leysan, dolu... - Proqnoz
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
-
8 ayda 35 mindən çox şəxsə əlillik verilib
-
Rusiya ordusunun itkiləri 1,5 milyonu keçdi
-
Pensiyaçılar da daxil olmaqla bu şəxslərin tibbi xidməti DİN-ə həvalə edildi
-
Azad edilmiş ərazilərdə 4 məscid, 7 türbə və 13 məbəddə iş aparılıb - Səadət Yusifova
-
Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum etdi
-
Aktöbəyə ilk reys uğurla həyata keçirilib - (Foto)





