Cəmiyyət

Rusiyalı mütəxəssis koronavirusun "İÇ ÜZÜNÜ" AÇDI

12 İyul 2021 09:09
0 Şərh     Baxış: 4 972
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Koronavirusun bizi öldürməsi onun üçün sərfəli deyil, daha sürətli yayılmağı vacib hesab edir"

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi, professor Vladimir Çulanov deyib.

Professor bildirib ki, daha çox törəmə qabiliyyətli variantların ortaya çıxması istisna edilmir: "Yüksək ehtimalla deyə bilərik ki, yayılma baxımından digərlərinə nisbətdə üstünlüklərə malik  ştammların olması mümkündür. Çox güman ki, bu, virusun məhz yoluxdurmağa ehtiyacı var. Bizi öldürməsi onun üçün sərfəli deyil, ona görə də bu virus daha çox yoluxdurucu olmaq məqsədi daşıyır".

Çulanov əlavə edib ki, koronavirusun təhlükəsiz virus olduğu barədə mif ortadan qaldırılmalıdır: "COVID-19-un ölüm nisbəti qripdən on qat daha yüksəkdir. Dünyada artıq dörd milyondan çox insan bu xəstəlikdən ölüb. Bundan əlavə, COVID-19 getdikcə qarşılaşdığımız fəsadlarla xarakterizə olunur". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.